MM-in buraxılması ilə bağlı yeni qaydalar daxili Nizamnamədə əksini tapacaq

mm in buraxilmasi ile bagli yeni qaydalar daxili nizamnamede eksini tapacaq

Milli Məclisin buraxılmasını şərtləndirən yeni qaydalar müəyyənləşdirilir.
 
APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin daxili Nizamnaməsinə yeni 22-1 (Milli Məclisin buraxılması) maddəsinin əlavə olunması təklif edilir.
 
Maddəyə əsasən “Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsinin I hissəsinə uyğun olaraq Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri ölkə prezidenti  tərəfindən iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin edilmədikdə, habelə bu, Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan prezidenti Milli Məclisi buraxır”.
 
Layihə parlamentin birgə komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede kecmis herbi seherciyin zirzemisinde tank eleyhine tustu minalari askarlanib
    Qəbələdə keçmiş hərbi şəhərciyin zirzəmisində tank əleyhinə ...
  • respublika fenn olimpiadalarinin qalibleri mukafatlandirilib
    Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb...
respublika fenn olimpiadalarinin qalibleri mukafatlandirilib respublika fenn olimpiadalarinin qalibleri mukafatlandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ