Naqif Həmzəyev: “Baş verən hadisələr ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır”

naqif hemzeyev bas veren hadiseler olkenin sabitliyine inkisafina qarsi yonelen mekrli plandir

“İyulun 10-u axşam saatlarında Gəncə şəhərində təxminən 200 nəfərə yaxın pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanuni aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb, şübhəli bilinən iğtişaş iştirakçıları saxlanılıb. 30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edilib”.

 

Bu sözləri APA-ya açıqlamasında Gəncədən seçilmiş deputat Naqif Həmzəyev deyib.

 

N. Həmzəyev bildirib ki, hazırda hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir: Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq şəhərin baş meydanında pozucu aksiyalara cəhd göstərmək, təxribat törətmək xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Son bir həftə ərzində baş verən hadisələr ölkədə xaos yaratmaq, sabitliyi, ictimai asayişi pozmaq məqsədilə Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır”.

 

Deputatın fikrincə, parçaları bir-birinə birləşdirəndə aydın olur ki, bu, çox ağıllı düşünülmüş ölkənin sabitliyinə, inkişafına qarşı yönələn məkrli plandır: “Hadisələr mərhələli şəkildə davam etdi. Əvvəlcə cəmiyyətin kövrək hisslərindən istifadə etməyə çalışan radikal qrup terrorçudan qəhrəman yaratmağa çalışdı. Lakin bu məqsədlərinə çata bilmədilər. İnsanlar qəhrəmana çevirmək istədikləri terrorçunu araşdırmağa başladılar. Nəticədə “qəhrəman”ın zombini xatırladan cani olduğu aydın oldu. Sonra sosial şəbəkələr üzərindən Gəncədə etiraz aksiyasına dəvətlər başladı. Gəncə sakinləri qaldı bir kənarda, Gəncə ilə əlaqəsi olmayan, xarici ölkələrdə yaşayan yalançı vətənpərvərlər düşdü ortaya, Gəncədə iğtişaş, təxribat xarakterli aksiyaya çağırışlar etdilər. Nəticədə qanunun, ictimai asayişin keşiyində dayanan 2 polis zabiti qətlə yetirildi. İlk gündən dövlətə, dövlətçiliyə sadiq Gəncə sakinləri məsələyə laqeyd qalmadı, şəhərdə iğtişaş, təxribat törətməyə çalışanları lənətlədilər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272