YAP-çı deputat icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılmasına qarşı çıxıb

yap ci deputat icra hakimiyyetlerinin selahiyyetlerinin azaldilmasina qarsi cixib

"Azərbaycanda struktur islahatları aparılmalıdır. Ölkədə 18-19 nazirlik, şirkət və komitə var. Bunların hər birinin regional, yoxsa rayon strukturu olması məsələsi araşdırılmalı, tədqiqat aparılmalıdır. Yoxsa kimsə axşam yatıb, səhər durur, öz strukturlarını regional edir. Bunu hansı tədqiqatla müəyyənləşdirib, effektliliyi öynəilibmi? Elə olub ki, bəzi hallarda həmin strukturlar iki aydan sonra ləğv olunub".

 

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

 

O, icbari sığortanın tətbiqi ilə bağlı iki rayonda pilot layihənin həyata keçirilməsini təqdirə layiq hal adlandırıb: "Bu özünü doğruldacaqsa, digər rayonlara da tətbiq olunmalı, doğrultmayacaqsa, tətbiq olunmamalıdır. Bundan başqa, kim hansı rayonu istəyirsə, onu mərkəz seçir. Mərkəzlər digər rayonlardan ora gələnlər üçün rahat olmalıdır. Lakin bəzən baxırsan ki, tam əksinədir. Kim harada istəyir mərkəzi strukturunu orada yaradır. Bunların hamısı mərkəzləşdirilmiş qaydada ciddi şəkildə qurulmalıdır.

 

Yerli icra hakimiyyətləri cənab prezidentin təyin etdiyi səlahiyyətli nümayəndədir. Belə olan halda, vətəndaşlar da daha çox haqlı olaraq icra hakimiyyətlərinə müraciət edirlər. Düzdü, prezidentin tapşırığı ilə nazirlər ayrı-ayrı yerlərdə görüşlər keçirir, şikayətləri dinləyirlər. Lakin kimin nə işi varsa, haqlı olaraq birbaşa icra hakimiyyətinə müraciət edir. Çünki vətəndaşlar bilir ki, hökümətin yerlərdə nümayəndəsi rayon icra hakimiyyətidir. Lakin onların bəzi səlahiyyətləri əllərindən alındıqdan sonra onlar yalnız küçə süpürmək və digər işləri həyata keçirirlər. Biz isə onlardan daha böyük işlər tələb edirik”.

 

Deputat özəl sektorlarda vətəndaşların yerli-yersiz işdən çıxarılmasına və ya əmək haqlarının kəsilməsinə də etiraz edib: "Bunun da qarşısı alınmalıdır. Azərbaycanda azad bazar iqtisadiyyatı olsa da, biz özəl sektorlardan vətəndaşların hüquqlarının qorunmasını tələb etməliyik. Bu məsələlərə nəzarət olunmalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • idea nin eko skaut layihesi ugurla davam edir fotosessiya
    IDEA-nın “Eko-skaut” layihəsi uğurla davam edir - FOTOSESSİY...
  • lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib
    Lerikdə broyler fabrikində partlayış nəticəsində iki nəfər y...
lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ