Ukraynada Luqanskdan Kiyevə gedən azərbaycanlı iş adamı yoxa çıxıb

ukraynada luqanskdan kiyeve geden azerbaycanli is adami yoxa cixib

Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib.

 

Luqanskda yaşayan  azərbaycanlıların APA-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.

 

Tanınmamış “Luqansk Xalq Respublikası”nın polisi itkin düşən azərbaycanlı iş adamının axtarışına başlayıb. Kiyevə yola düşən iş adamının evdən çıxdığı günün ertəsi gündən onunla əlaqə kəsilib və xəbər yoxdur. R. Mirzəyev uzun müddətdir Ukraynada yaşayır və kənd təsərüfatı biznesi ilə məşğuldur.

 

Qeyd edək ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının, yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb, 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da nəticə yoxdur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:52 23 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan holding in mehsullari worldfood azerbaijan sergisinde boyuk maraq dogurub
    ® “Gilan Holding”in məhsulları “WorldFood Azerbaijan” s...
  • axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib
    AXC yaranmasının 100-cü illiyinə həsr olunmuş tədbir keçiril...
axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib axc yaranmasinin 100 cu illiyine hesr olunmus tedbir kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2018

USD
1.7
 
EUR
2.0001
 
RR
0.0277