Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib

avropa liqasinda 1 16 final merhelesinin cavab oyunlari kecirilib

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Apasport.az saytının məlumatına görə, bu dəfə matçlar 2 günü əhatə edəcək. İlk oyun günündə 3 qarşılaşma baş tutub. İstanbulda “Fənərbaxça” “Krasnodar”ı, Almaniyada “Şalke” PAOK-u, Fransada isə “Sent Etyen” “Mançester Yunayted”i qəbul edib.

 

Belə ki, ilk oyunlarda 3:0 hesabı ilə qələbə qazanmış “Şalke” və “Mançester Yunayted” üçün qarşılaşmalar formal xarakter daşıyırdı. Almanlar doğma meydanda 1:1 hesablı heç-heçəyə rəğmən növbəti mərhələyə yüksəlib. "Qırmızı şeytanlar" isə səfərdə də evdə olduğu qələbə qazanıblar. Joze Mourinyonun yetirmələri bu dəfə tək qola seviniblər.

 

İstanbuldakı ölüm-qalım savaşında isə “Fənərbaxça” uduzub. Rusiyada 0:1 hesabı ilə məğlub olan "sarı bülbüllər" doğma azarkeşləri qarşısında hesabda geri düşüblər. İlk hissənin sonlarında bərabərlik əldə olunsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib.

 

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

 

22 fevral

“Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 1:1

Qollar: Jozef de Souza, 42 - Smolov, 8

İlk oyun – 0:1

 

“Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1

Qollar: Şof, 23 - Nastasiç, 25 (öz qapısına)

İlk oyun – 3:0

 

“Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:1

Qol: Mxitaryan, 15

İlk oyun – 0:3

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdasda magazadan ogurluq eden iki nefer saxlanilib
    Ağdaşda mağazadan oğurluq edən iki nəfər saxlanılıb
  • erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir
    Ərdoğan: ABŞ və terror təşkilatının bayraqlarının birgə dalğ...
erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir erdogan abs ve terror teskilatinin bayraqlarinin birge dalgalanmasi bizi teessuflendirir +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ