Azərbaycan yığması FİFA reytinqində mövqeyini qoruyacaq

azerbaycan yigmasi fifa reytinqinde movqeyini qoruyacaq

2017-ci ildə açıqlanacaq milli komandaların ilk FİFA reytinqinin konturları bəlli olub. Apasport.az saytının məlumatına görə, yanvarın 12-də qurum tərəfindən açıqlanacaq cədvəllə bağlı təxmini siyahı tərtib edilib.

 

İlin ilk cədvəli ciddi dəyişiklik vəd etmir. Çünki hesabat dövründə yığmaların iştirakı ilə çox az sayda matç keçirilib. Bütün bunlar isə siyahıdakı dəyişiklikləri minimuma endirib.

 

Düzdü, Surinam 22, Nikaraqua 11, Maldiv adaları 9 pillə irəliləməyə, Əfqanıstanla Banqladeş 5 addım geriləməyə macal tapıb. Amma bu yerdəyişmələr heç də hamıya təsir etməyib.

 

Təxmini cədvəldə 2016-cı ildəki son siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisinin də mövqeyi toxunulmazdı. 386 xala malik Robert Prosineçkinin yetirmələri 90-cı pillədədi. Lakin artıq Toqo millisi yığmamıza çatıb. Bu üzdən mövqeyimiz afrikalılarla şəriklidi.

 

Millimiz və “qonşular”ı

85 (73). Haiti - 413

86 (86). Ermənistan – 412

87 (88). Zambiya - 401

88 (89). Keniya - 396

89 (85). Liviya – 390

90 (90). Azərbaycan - 386

90 (91). Toqo – 386

92 (93). Antiqua və Barbuda – 370

93 (93). Finlandiya – 368

93 (92). Ruanda - 368

95 (95). Boliviya - 359

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.

 

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (2). Braziliya – 1544

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1404

5 (5). Belçika – 1368

6 (6). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Çexiyanın mövqeyi dəyişib. Onlar təxmini siyahıya əsasən 2 addım irəliləyəcək. Onlar Əlcəzair və İsveçin geriləməsindən faydalanıb.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

32 (32). Şimali İrlandiya - 767

41 (43). Çexiya - 671

83 (83). Norveç - 422

202 (202). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması ehtimallar cədvəlində də 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

05:54 29 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib
    Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Fo...
  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
gurcustanda beynelxalq xalca festivalinin acilisi olub gurcustanda beynelxalq xalca festivalinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ