Azərbaycan yığmasına 4 yeni futbolçu çağırılıb

azerbaycan yigmasina 4 yeni futbolcu cagirilib

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib.

 

Xorvatiyalı mütəxəssis martın 9-da baş tutacaq görüşə 23 oyunçu dəvət edib. Bu futbolçulardan 4-ü debütantlardı.

 

“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas yığmaya çağırılıb. Onunla yanaşı Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.

 

Asiyaya yollanan heyətdə son vaxtlar olduğu kimi yenə “Qarabağ”lılar çoxluq təşkil edir. Ağdam klubunun 10 üzvü səfərə yollanacaq. Bundan başqa, “Qəbələ”nin 6, “İnter”in 4, “Zirə”nin 2, “Neftçi”nin isə 1 üzvü yığmada yer alıb.

 

Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib.

 

Qeyd edək ki, martın 9-da Doha şəhərində keçiriləcək Qətərlə oyunun hazırlığına martın 6-da start veriləcək.

 

Millinin heyəti

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”),

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ