Dünyanın ən dəyərli futbolçusu bəlli oldu

dunyanin en deyerli futbolcusu belli oldu

CIES Futbol Araşdırmaları Mərkəzinin analitikləri dünyanın ən dəyərli 100 futbolçusunun siyahısını açıqlayıblar. Apasport.az saytının məlumatına görə, sıralamaya “Tottenhem”in hücumçusu Harri Keyn başçılıq edir. Onun transferi 201,2 milyon avro dəyərində qiymətləndirilir.

 

Keynin ən yaxın izləyicisi PSJ-nin forvardı Neymardı – 195,7 milyon avro. İlk üçlüyü isə braziliyalının komanda yoldaşı Killian Mbappe (186,5 milyon avro) qapayır. “Barselona”lı Lionel Messi (184,2 milyon avro) dördüncü, “Liverpul”un ulduzu Məhəmməd Salah (171,3 milyon avro) beşincidi.

 

Transferi 103,4 milyon avro dəyərində qiymətləndirilən Kriştiano Ronaldo isə 24-cü sırada qərarlaşıb.

 

Qeyd edək ki, CIES Futbol Araşdırmaları Mərkəzi oyunçuların dəyərini hesablamaq üçün xüsusi alqoritmdən istifadə edir. Hesablamalar zamanı futbolçuların yaşları, oynadıqları mövqe, milli və klubdakı performansları və qazandıqları uğurlar, o cümlədən çıxış etdikləri daxili çempionatın səviyyəsi kimi amillər nəzərə alınır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272