Elxan Abdullayev: “Qarabağ”la 5 dəfə qarşılaşsaydıq, 4-də uduzardıq”

elxan abdullayev qarabag la 5 defe qarsilassaydiq 4 de uduzardiq

“Hər iki komanda kuboku qazanmağa layiqdi. Həm “Qarabağ”, həm də “Qəbələ” çox güclüdü”. Bu sözləri apasport.az saytına “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Milli komandada da köməkçi-məşqçi funksiyasını yerinə yetirən mütəxəssis sabah Naxçıvanda keçiriləcək Azərbaycan kubokunun final matçını dəyərləndirib.

 

Həlledici görüşlə bağlı konkret proqnoz verməyən Abdullayev qalibi xırda detalların müəyyən edəcəyini söyləyib: “Komandaların meydana hansı heyətlə çıxmalarından, ən əsası, motivasiyadan çox şey asılıdı. Çempionatdakı çıxışlarına nəzər yetirsək, hər iki komandanın bir-birinə qalib gəldiyini görərik. Ancaq kubok yarışları fərqlidi. Üstəlik, final görüşü neytral stadionda keçiriləcək və bir oyundan ibarət olacaq. Buna görə də, belə matçların favoriti olmur, hər cür nəticə qeydə alına bilər. Proqnoz vermək çox çətindi, şanslar bərabərdi”.

 

Abdullayev finalda şansları 50/50-yə qiymətləndirsə də, Azərbaycanın ən güclü komandasının “Qarabağ” olduğunu düşünür: “Qəbələ” sabah qalib gəlsə belə, mənim fikrimcə, hazırda Azərbaycanda ən güclü komanda “Qarabağ”dı”.

 

Kubokun son qalibi “Qarabağ” bu mövsüm yarımfinal mərhələsində məhz “Neftçi”ni üstələyərək, həlledici qarşılaşmada iştirak hüququ qazanmışdı. “Ağ-qaralar”ın çalışdırıcısı yarımfinalda rəqibi mübarizədən kənarlaşdırmaq şanslarının olmadığını vurğulayıb: “Neftçi”nin finala yüksəlməməsinin səbəbi yarımfinalda “Qarabağ”la üz-üzə gəlməyimiz oldu. Etiraf edək ki, “Qarabağ” hazırda “Neftçi”dən qat-qat üstün komandadı. Onları məğlub etməyimiz, finala yüksəlməyimiz real görünmürdü. Düzdü, futbolda istənilən nəticə olur və biz də “Qarabağ”ı keçə bilərdik. Amma bu o demək deyil ki, onlardan güclüyük. Bir oyunda qalib gəlmək mümkündü. Ancaq əsas stabillikdi. “Qarabağ”la 5 dəfə üz-üzə gəlsəydik, bəlkə də, birində qalib gəlib, 4-də məğlub olardıq. Yəni yarımfinalda elə böyük şansımız yox idi. Etiraf etmək lazımdı ki, indi həm “Qarabağ”, həm də “Qəbələ” “Neftçi”dən güclüdü”.

 

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan kubokunun final görüşü 16:00-da start götürəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
09:20 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
  • jurnalistler ucun tikilmis ikinci bina multimedia xidmetleri ile temennasiz techiz olunacaq
    Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri...
jurnalistler ucun tikilmis ikinci bina multimedia xidmetleri ile temennasiz techiz olunacaq jurnalistler ucun tikilmis ikinci bina multimedia xidmetleri ile temennasiz techiz olunacaq +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ