“Qarabağ” Azərbaycan kubokunun qalibi olub

qarabag azerbaycan kubokunun qalibi olub

 

Bu gün Azərbaycan kubokunda final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, mövsümün son oyununda “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.

 

Premyer Liqanın iki ən yaxşı komandası Naxçıvanda qarşılaşıb. İlk dəfə bu şəhərdə keçirilən final Ağdam təmsilçisinin qələbəsi ilə nəticələnib.

 

Azarkeşlər ilk yarıda qol görməsə də, fasilədən sonra çempion rəqibini üstələyə bilib. Öncə Mahir Mədətovun qolu ilə hesabda önə keçən “Qarabağ” Ürfan Abbasovun avtoqolu ilə üstünlüyünü artırıb.

 

Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycan futbol tarixində bir neçə ilkə imza atıb. Bir müddət əvvəl ardıcıl 4-cü çempionluqla tarix yazan əyalət təmsilçisi kubokda da seriyasını davam etdirib.

 

Ardıcıl 3-cü dəfə kubok qazanan ilk Azərbaycan klubu olan Qurban Qurbanovun yetirmələri ümumilikdə 6-cı dəfə bu mükafata yiyələnib. “Qarabağ” bu göstəricidə “Neftçi”yə çatıb.

 

Ardıcıl 3-cü dəfə mövsümü “Qızıl dubl”la tamamlayan ağdamlılar bunu rəsmiləşdirən ilk komanda kimi Azərbaycan futbolu tarixinə düşüb. Ümumilikdə isə “Qarabağ” 4-cü dəfə belə nailiyyət əldə etməklə, yeni rekord müəyyənləşdirib.

 

“Qəbələ” isə tarixində ikinci dəfə yüksəldiyi finalı yenə məğlub ayrılıb. 3 il əvvəl finalda “Neftçi”yə penaltilər seriyasında uduzan “qırmızı-qaralar” bu dəfə əsas vaxtda uduzub.

 

 

Azərbaycan kuboku

Final

5 may

“Qarabağ” – “Qəbələ” - 2:0

Qollar: Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (avtoqol)

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Əli Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Naxçıvan Muxtar Respublika stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Markos Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 44. Rafael Santos

Baş məşqçi: Roman Qriqorçuk

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ