“Qarabağ” braziliyalı qapıçı ilə maraqlanır

qarabag braziliyali qapici ile maraqlanir

“Qarabağ” qapıçı axtarışlarını davam etdirir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Ağdam klubu məhz bu ölkədən qolkiper almaq niyyətindədi.

 

Azərbaycan çempionunun növbəti hədəfi “Verona”nın “dəri əlcək” sahibi Nikolas Andradedi. 30 yaşlı futbolçunun meneceri Joao Santos da xəbəri təsdiqləyib və tərəflər arasında danışıqların aparıldığını vurğulayıb. Bildirilir ki, “Qarabağ” bu keçid müqabilində B seriyası təmsilçisinə 300 min avro təklif edib.

 

Lakin Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək ağdamlılar danışıq zamanı problemlə üzləşiblər. Braziliyalı qolkiperin meneceri “Verona”nın şərtlərinin ağır olduğunu deyib: “İtaliya klubu Nikolasın gələcəkdə transferindən 50 faiz qazanc götürmək niyyətindədi. Ancaq “Qarabağ” çətin ki, bu şərtlə razılaşsın”.

 

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində iki qapıçısı – İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb. 2010-cu ildən “Verona”ya məxsus olan Nikolas Andradenin isə klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268