XƏBƏR LENTİ

Böyüt
TOP 5
Ölkədə və dünyada baş verən xəbərlərlə bağlı bildiriş almaq istəyirsinizmi?

“Şəmkir” futbol klubu 4 illik fasilədən sonra fəaliyyətini bərpa etdi

Bakı – APA. Futbol üzrə ikiqat Azərbaycan çempionu “Şəmkir” 4 illik fasilədən sonra fəaliyyətini bərpa edib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi postuna vaxtilə bu klubun şərəfini qorumuş sabiq müdafiəçi Faiq Cabbarov təyin olunub. “Şəmkir”i yenidən yaratmaq təşəbbüsünü isə cüdo yığmamızın üzvü, Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev irəli sürüb.

Cabbarov apasport.az saytına açıqlamasında artıq məşqlərə başladıqlarını deyib: “Komanda yığmışıq və məşqlərə start verilib. Məşqləri Şəmkir Olimpiya Kompleksinin stadionunda keçirik. Stadionla bağlı problemimiz yoxdur. Fevraldan etibarən təlim-məşq toplanışlarına başlamağı planlaşdırmışıq”.

38 yaşlı çalışdırıcı bildirib ki, əsas məqsəd 2010/11 mövsümündə I divizionda mübarizəyə qoşulmaqdır: “Biz növbəti mövsümdən etibarən I divizionda oynamaq istəyirik. İnşallah, qismət olarsa, çempionatda yüksək yerlərdən birini tutub, Premyer Liqaya vəsiqə qazanarıq”.

O, Mövlud Mirəliyevin komanda ilə bağlılığına da aydınlıq gətirib: “Mövlud Gəncədə yaşasa da, onun valideynləri Şəmkirdə məskunlaşıblar. Yəni, Şəmkir rayonu ona doğmadır. Bu səbəbdən “Şəmkir”i yenidən yaratmaq və çempionata qatılmaq təşəbbüsünü irəli sürüb. O, həm də Şəmkir Olimpiya Kompleksinin direktoru olduğundan, burada məşq keçməyimiz üçün hər bir şərait yaradılıb. Ancaq hələ ki sponsorumuz yoxdur. Yaxşı maliyyə dayaqlarına malik olmaq üçün sponsor axtarırıq”.

Qeyd edək ki, “Şəmkir” 2000-ci və 2001-ci illərdə Azərbaycan çempionu tituluna layiq görülüb. Çempionlar Liqasında təsnifat mərhələsini adlayan ilk klubumuz olan “Şəmkir” 2005-ci ildə maliyyə çatışmazlığı ucbatından fəaliyyətini dayandırmışdı.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs daki simon vizental merkezinin rehberi quba soyqirimi kompleksini ziyaret edib
    ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbəri Quba Soyqırımı Ko...
  • yol cokub avtomobiller cuxura tokulub
    Yol çöküb, avtomobillər çuxura tökülüb
yol cokub avtomobiller cuxura tokulub yol cokub avtomobiller cuxura tokulub +2
MƏZƏNNƏ
FOREX
/ 28 Sentyabr, 2016

USD
1.6252
 
EUR
1.8223
 
RR
0.0255
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ