UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

uefa avropa liqasinda 1 8 final merhelesinin pusku atilib

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib. Apasport. az saytının məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

 

Türkiyənin avrokuboklardakı son ümidi olan “Beşiktaş” Yunanıstan çempionu “Olimpiakos”la üz-üzə gələcək. İstanbullular 1/16 finalda “Osmanlıspor”u mübarizədən kənarlaşdıran rəqibdən həmyerlilərinin revanşını almağa çalışacaqlar.

 

Maraqlı cütlərdən “Şalke” ilə “Borussiya” arasında Almaniya, “Gent”lə “Genk” arasında Belçika duelləri diqqət çəkir. Bundan başqa, “Lion”la “Roma” arasında mübarizə də gərginlik vəd edir.

 

Turnirin favoriti hesab edilən “Mançester Yunayted” Rusiyaya səfər edəcək. Joze Morunyonun komandası “Rostov”u sınağa çəkəcək. Rusiyanın digər təmsilçisi “Krasnodar” isə “Selta” ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Avropa Liqasının 1/8 final mərhələsindəki cütlüklər:

“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)

APOEL (Kipr) - “Anderlext” (Belçika)

“Şalke” (Almaniya) - “Borussiya” (M, Almaniya)

“Lion” (Fransa) - “Roma” (İtaliya)

“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)

“Gent” (Belçika) - “Genk” (Belçika)

“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)

 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab qarşılaşmaları isə 16-da baş tutacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qalibiyyet sahidler ve sehidler kitabinin ilk cildinin teqdimati kecirilib
    "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının ilk cildinin t...
  • unec de novbeti aciq qapi gunu kecirilib
    UNEC-də növbəti "Açıq qapı" günü keçirilib
unec de novbeti aciq qapi gunu kecirilib unec de novbeti aciq qapi gunu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ