Azərbaycan MN: Düşmən mövqelərimizə soxulmağa cəhd göstərib, itkilərimiz var

azerbaycan mn dusmen movqelerimize soxulmaga cehd gosterib itkilerimiz var

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

 

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

 

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

 

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ