Daxili Qoşunların komandanı Pakistan hərbi attaşesi ilə görüşüb

daxili qosunlarin komandani pakistan herbi attasesi ile gorusub

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi, polkovnik Nadem Yaqub Çodrini qəbul edib.

 

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ş. Məmmədov Pakistan hərbi attaşeliyi ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illər yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini bildirib.

 

İkitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayan polkovnik N. Y. Çodri səmimi qəbula görə təşəkkürünü ifadə edib. Qonaq öz növbəsində Azərbaycan Respublikasının Daxili Qoşunları ilə Pakistan İslam Respublikasının müvafiq qurumu arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini vurğulayıb.

 

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hərbi sahədə daim inkişaf edən əlaqələr hər iki tərəf üçün faydalıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276