Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub

ermeni silahli bolmeleri azerbaycan ordusunun movqelerini minaatanlardan atese tutub

Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Cəfərli, Qızılhacılı, Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Şıxlar, Yusifcanlı, Baş Qərvənd, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ