Erməni silahlı bölmələri pulemyot, snayper tüfəng və minaatanlarla atəşkəsi pozub

ermeni silahli bolmeleri pulemyot snayper tufeng ve minaatanlarla ateskesi pozub

Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (cəmi 33 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari kəndində yerləşən mövqelərdən Gədəbəy və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, XocavəndFüzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs herbi texnikasinin novbeti hissesi gurcustana getirilib fotosessiya
    ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib ...
  • sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq
    Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq ...
sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyul, 2017

USD
1.7009
 
EUR
1.9877
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ