Ermənistan silahlı qüvvələri minaatan, snayper tüfəng və iriçaplı pulemyotlarla atəşkəsi 120 dəfə pozub

ermenistan silahli quvveleri minaatan snayper tufeng ve iricapli pulemyotlarla ateskesi 120 defe pozub

Müdafiə Nazirliyi (MN) bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (46 mərmi), snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Fərəhli kəndində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Nəmirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dim yanginla bagli texliye olunan abituriyentlere muraciet edib
    DİM yanğınla bağlı təxliyə olunan abituriyentlərə müraciət e...
  • erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib
    Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz ol...
erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ