FHN Qazaxda kompleks mülki müdafiə təlimi keçirib

Azərbaycan Respublikasının 2018-ci il üçün Mülki müdafiə tədbirləri planına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qazax rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə  təlimi keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, kompleks təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayonun fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.

 

Kompleks təlimin keçirilməsində məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarət olub.

 

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə  hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirlərini  yerinə yetiriblər.

 

Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

 

 

Kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 242 nəfər şəxsi heyəti və 50  ədəd texnikası və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının hərbi hissələrinin ümumilikdə 60 nəfər şəxsi heyəti və 10 ədəd texnikası cəlb edilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268