Müdafiə Nazirliyi bəzi media resursları və sosial şəbəkələrdə yazılanlarla bağlı açıqlama yayıb

mudafie nazirliyi bezi media resurslari ve sosial sebekelerde yazilanlarla bagli aciqlama yayib

Müdafiə Nazirliyi son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı yazılanlara münasibət bildirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, hər dəfə cəbhə xəttində vəziyyətin gərginləşdiyi hallarda bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı  qərəzli, xoşagəlməz yazıların dərc edilməsi və şərhlərin paylaşılması müşahidə edilir: “Silahlı Qüvvələrimizin əsgərindən tutmuş generalınadək hər bir şəxs ön xətdə, əmrlə ona tapşırılmış istiqamətdə, səngərdə və mövqelərdədir və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir.

 

Orduda, xüsusilə də cəbhədə xidmət edən hərbi qulluqçuların yerdəyişməsi rotasiya qaydasında, mütəmadi olaraq, planlı şəkildə və növbəli surətdə həyata keçirilir.

 

Şəhidlərin ailə üzvlərinin hisslərinə və ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan bu kimi qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır və ümumi məqsədimizə xələl gətirməklə yanaşı erməni təbliğatının maraqlarına xidmət etmiş olur”.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:33 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mingecevirde su festivali cercivesinde konsert olub
    Mingəçevirdə su festivalı çərçivəsində konsert olub
  • xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya
    Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Mingəçevir o...
xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8242
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ