Dünyanın ən güclü futbol klublarının reytinq siyahısı açıqlanıb

dunyanin en guclu futbol klublarinin reytinq siyahisi aciqlanib

Dünyanın ən güclü futbol  klublarının reytinq siyahısı açıqlanıb.

 

Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

 

 

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”a məxsusdur. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 532-ci komandasıdır. “Qarabağ” son siyahı ilə müqayisədə 5 pillə irəliləyib.

 

 

 

368 xala malik “Keşlə” 755-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 4 rəqibini qabaqlayıb. “Qəbələ” 255 xalla 796-cı yerdədi. Onlar 10 pillə irəliləyiblər. 217 xalı olan “Zirə” isə siyahıda 817-ci yerdə qərarlaşıb.Bu komanda da digər 3 klubumuz kimi mövqeyini yaxşılaşdırıb. "Zirəlilər" 9 pillə qabağa gediblər.

 

 

Qeyd edək ki, bu dəfə də ilk “üçlük”də ispan klubları yer alıb. Belə ki, İspaniya “Real”ı 18062 xalla 1-ci, “Barselona” 16198 xalla 2-ci yerdə qaldığı halda, “Atletiko” 3-cü pilləni ələ keçirib. Aktivində 14392 xalı olan madridlilər Braziliya “Qremio”sunu qabaqlayıblar.

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276