® “AS Aqro”nun dəstəyi ilə Bakıda intellektual “Caspian Cup” turniri keçirilib

8-10 iyun tarixləri arasında Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  intellektual oyunlar üzrə yeddinci beynəlxalq “Caspian Cup 2018” turniri keçirilib. Həm yerli, həm də xarici bilicilər “Nə? Harada? Nə zaman?”, “Xəmsə” və “Breyn-Rinq” yarışlarında ən güclü adı uğrunda mübarizə aparıblar.

 

“AS Qrup İnvestment” şirkətlər qrupuna aid “AS Aqro” şirkətinin də dəstək olduğu bu turnir çərçivəsində həm də “Ağıllı şəhər – Bakı” layihəsi ilə birgə həvəskarlar arasında da “Nə? Harada? Nə zaman?” oyunu üzrə Açıq Azərbaycan Çempionatı keçirilib. Qaliblərə “AS Aqro” tərfindən hədiyyələr təqdim olunub.

 

“Caspian Cup” turnirinin “Nə? Harada? Nə zaman?” oyunu üzrə birinci yerin qalibi olan Rusiyanın məşhur  bilicisi Maksim Potaşovun “Afina” komandası həm də turnirin ən yaxşı komandası kimi “AS Aqro”-nun xüsusi mükafatı ilə təltif olunub.

 

"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. 330 hektar ərazini əhatələndirən aqroparkın 1/3 hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixana sistemi artıq istifadəyə verilib. İstixanalar Türkiyə, Hollandiya, İsraildən alınan ən müasir texnologiyalarla təchiz olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267