® Unibank elektron ticarət sahəsində liderdir

174 unibank elektron ticaret sahesinde liderdir

Unibank “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yerin qalibi olub. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2016-cı il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı,  Unibank  daha bir neçə nominasiya üzrə mükafatlandırılıb. Ölkədə nağdsız əməliyyatların və  elektron ticarətin inkişafına daim dəstək verən və öz fəaliyyətində bu prinsipləri əsas tutan bank, “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və  “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyaları üzrə isə 2-ci yeri tutub. 

Unibank-ın ölkədə  nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin inkişafına verdiyi töhfədə  Unibank Mobile əlavəsinin xüsusi rolu var.  Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən Unibank Mobile,  “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün  MDB məkanında ən mükəmməl mobil əlavələrdən biri hesab olunub.

 

Unibank bazarda öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın  tərəfdaşları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz  şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az Unibank-ın böyük  partyorlarından biridir.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) ) və yaxud facebook (www.facebook.com/unibank.aztwitter (twitter.com/unibank" title="https://twitter.com/unibank">https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

 

Unibank-hər kəsin bankı! 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ