Alim Quliyev: "Ani ödəniş sisteminin yaradılması ilə ödənişlər sürətlə həyata keçiriləcək"

alim quliyev ani odenis sisteminin yaradilmasi ile odenisler suretle heyata kecirilecek

"Bu gün informasiya kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təkan verən amilə çevrilib, insanların həyat tərzini, sosial-iqtisadi sahələri, bank sektorunu əhatə edir.

 

"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

 

Onun sözlərinə görə, AMB qlobal müstəvidə sürətlə inkişaf edən texnoloji prosesləri izləyir, maliyyə-bank sektorunun daha da müasirləşməsi istiqamətində tətbiq imkanlarını diqqətdə saxlayır, yaxından araşdırır. "Orta müddətli dövrdə üç aparıcı layihənin fəlsəfəsi də bu texnologiyalara əsaslanıb. İlk layihə "Nağdsız Azərbaycan layihəsidir. Mərkəzi Bank beynəlxalq qurumların iştirakı ilə bu layihənin icrasını tamamlayıb. Layihə bütövlükdə ölkənin nağdsız cəmiyyətə transformasiyasını əks etdirir. Bu layihə innovativ ödəniş sisteminin tətbiqini özündə əks etdirir. Layihə artıq geniş müzakirədən keçib. Hazırda layihə çərçivəsində proqramın Prezident Administrasiyasında müzakirəsi keçirilir. Layihə son mərhələdədir. Bu yaxınlarda Prezident tərəfindən layihənin təsdiqlənməsi gözlənilir.

 

İkinci layihə rəqəmsal identifikasiya sisteminin blokçeyn platformasında yaradılması layihəsidir. Hazırda qalib şirkətin müəyyənləşməsi üçün tender prosesləri gedir. İlkin məhsul kimi ilin sonundan layihəni bank ictimaiyyətinə təqdim edəcəyik. Azərbaycan bank sektorunda müştəri məmnunluğunun artırılması istiqamətində bu layihənin icrasını qarşıya məqsəd qoymuşuq.

 

Üçüncü  layihə rəqəmsallaşmanı genişləndirmək üçün ani ödəniş sisteminin yaradılmasıdır. Bu sistemin yaradılması ilə bütün iqtisadi sistemlər arasında beş-on saniyə içində ödənişlərin tamamlanması təmin olunacaq," - deyə A. Quliyev bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273