Bu il Azərbaycanda əsas kapitala 7 mlrd. manatdan çox vəsait yönəldilib

bu il azerbaycanda esas kapitala 7 mlrd manatdan cox vesait yoneldilib

Bu ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 mlrd. 138,6 mln. manat və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9% az vəsait yönəldilib.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, vəsaitin 4,344 mlrd. manatı neft sektoruna, 2 mlrd. 794,6 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 70%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78,6%-i məhsul istehsalı obyektlərinin, 16%-i xidmət sahələri üzrə obyektlərin, 5,4%-i isə ümumi sahəsi 838,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40%-ini təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3%, bank kreditləri 11,9%, büdcə vəsaitləri 11,4%, əhalinin şəxsi vəsaitləri 4,6%, büdcədənkənar fondların vəsaitləri 1,3%, sair vəsaitlər isə 0,5% təşkil edib.                                                            

 

2017-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, Yevlax şəhərində Varvara balıqartırma müəssisəsi, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
  • turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur
    Türkiyə prezidenti: “Körfəzdə böhranın davam etməsinin heç b...
turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ