Bu il əhali ərzaq məhsullarına 7 mlrd. manat xərcləyib

bu il ehali erzaq mehsullarina 7 mlrd manat xercleyib

2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4% üstələyərək 13,7 mlrd. manata bərabər olub.

 

Dövlət Statistik Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, ticarət dövriyyəsinin 6,9 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8% və 3% üstələyib.

 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının 13,9%-i ticarət müəssisələri, 52,3%-i fərdi sahibkarlar tərəfindən, 33,8%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 23,3% artıb, fərdi sahibkarlar üzrə 0,1%, bazar və yarmarkalarda 0,5% azalıb.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  279,7 manat və ya 2017-ci ilin yanvar-may aylarının göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267