Cəbhə bölgəsindən olan sahibkarlara 600 min manatda çox güzəştli kredit verilib

cebhe bolgesinden olan sahibkarlara 600 min manatda cox guzestli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və SKMF tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

Fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 mln. manat güzəştli kredit verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən A.Vəliməmmədov qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 mln. manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) kredit verilib.

 

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.

 

Ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 mln. manat güzəştli kredit verilib.

 

Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində güzəştli kredit hesabına maliyyələşdirilmiş "Qara inək fermer təsərrüfatı" MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksinə baxış keçirilib.

 

Qeyd edək ki, ötən ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəyib, çoxlu sayda mal-qara tələf olub. SKMF tərəfindən təsərrüfata əlavə güzəştli maliyyə dəstəyi göstərilmiş və təsərrüfat fəaliyyətini bərpa edib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ