Deputat: "Heç bir ölkədə valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur"

deputat hec bir olkede valyutanin alis ve satisi arasinda bu qeder boyuk ferq yoxdur

Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Yevda Abramov valyuta alış-satış məzənnəsi arasındakı fərqin böyük olduğundan şikayətlənib.

 

"APA-Economics"in xəbərinə görə, Y.Abramov maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova müraciət edərək bildirib ki, dünyanın heç bir ölkəsində valyutanın alış və satışı arasında bu qədər böyük fərq yoxdur: "Rüfət müəllim, Samir müəllim, Elman müəllim, dünyanın heç bir ölkəsində bu qədər fərq yoxdur. Bununla biz xalqın belini qırırıq. O dəfə də bunu dedim... Bir neçə bankir cəzalandırıldı, Səməd Vurğun bağında bir neçə nəfər tutuldu. Nəticədə nə oldu? Mən bilirəm ki, bu artım və enişə dövlət nəzarət etmir. Oqtay (Milli Məclisin sədri Oqtay Əsədov - red.) müəllim, elə bil ki, bir qrup insan bizə maneə olur. Amma bizim güclü maliyyəçilərimiz var. Bütün bunlara son qoymaq lazımdır! Belə olmazsa, gələcək hesabatımız (Nazirlər Kabinetinin hesabatı – red.) daha da pis olacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ