DGK iş axtaranlara müraciət edib

dgk is axtaranlara muraciet edib

Dövlət Gömrük Komitəsi (DGK) iş axtaranlara müraciət edib.

 

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, müraciətdə deyilir: "Son vaxtlar Dövlət Gömrük Komitəsinə, xüsusən komitə sədri Aydın Əliyevə məktubla, rəsmi qəbul günləri və regionlarda vətəndaşların qəbulu zamanı edilən müraciətlərin əsas hissəsi gömrük orqanlarına işə qəbulla bağlıdır. Heydər Əliyevin gömrük orqanlarına verdiyi yüksək dəyəri, prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğını nəzərə alsaq, gömrük orqanlarında xidmətə qəbulla bağlı müraciətlərin çoxluğunun səbəbi başa düşüləndir. Ancaq bir daha xatırladırıq ki, gömrük orqanlarına işə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan prezidentinin 12 noyabr 2010 tarixli, 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Gömrük orqanlarının hüquq-mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq, qeyd edilən əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş və müvafiq ali təhsilə (gömrük işinin təşkili, hüquqşünaslıq, iqtisadiyyat, maliyyə və s.) malik Azərbaycanın vətəndaşları müsabiqədə iştirak edə bilərlər. Müraciətlərdən isə aydın görünür ki, gömrük orqanlarında xidmət etmək üçün müraciət edənlər arasında yaş həddini aşanlar və qeyri-ixtisas sahibləri (musiqi, rəssamlıq, filologiya, kitabxanaçılıq və s.) çoxluq təşkil edir: “Bu kimi ixtisaslar isə gömrük profilinə uyğun deyil. DGK gömrük orqanlarında işə qəbulla bağlı müraciət edən vətəndaşlara bir daha bildirir ki, bu barədə komitənin rəsmi internet səhifəsindən ətraflı məlumat əldə etmək mümkündür və həmin məlumatda nəzərdə tutulan meyarlara uyğun şəxslərin müraciət etməsi tövsiyə olunur. Həmçinin, gömrük orqanlarında xidmətə qəbulla əlaqədar test imtahanlarının keçirildiyi tarix və yer barədə məlumatı da Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən öyrənmək mümkündür".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dim yanginla bagli texliye olunan abituriyentlere muraciet edib
    DİM yanğınla bağlı təxliyə olunan abituriyentlərə müraciət e...
  • erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib
    Ərdoğan Qərbin Türkiyəyə qarşı embarqo planının nəticəsiz ol...
erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib erdogan qerbin turkiyeye qarsi embarqo planinin neticesiz olacagini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ