Gömrükçülər külli miqdarda siqaret və qaz balonu müsadirə edib

gomrukculer kulli miqdarda siqaret ve qaz balonu musadire edib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı ilə idarə etdiyi "VAZ 21063" markalı avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Qanunvericiliyə uyğun olaraq avtomobildə aparılan gömrük yoxlaması zamanı isə gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan edilməyən 13 600 ədəd siqaretlər və 7 ədəd qaz balonu aşkar edilib.

 

Belə ki, avtomobilin mühərrik yerindən, ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, aksiz markası ilə markalanmayan, qutularının üzərində "Parliament" sözü yazılan 11 000 ədəd, qutularının üzərində "Marlboro" sözü yazılan 2 000 ədəd və qutularının üzərində "LD" sözü yazılan 600 ədəd siqaretlər, nəqliyyat vasitəsinin yük yerindən və arxa oturacağın üzərindən gömrük orqanına bəyan edilməyən, qutusunun üzərində "Dupont Freon R 22" yazısı olan 7 ədəd kondisionerlərdə istifadə edilməsi nəzərdə tutulan qaz balonları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ