İpoteka və Kredit Zəmanət Fondu ötən il 15 mln. manat mənfəət əldə edib

ipoteka ve kredit zemanet fondu oten il 15 mln manat menfeet elde edib

2017-ci ildə "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun aktivləri 958 mln. 384,494 min manata çatıb ki, bu da 2016-cı il ilə müqayisədə 27,79% və ya 179 mln. 266,301 min manat çoxdur. "APA-Economics" xəbər verir ki, bu barədə Fondun maliyyə hesabatında deyilir.

 

Aktivlərin strukturunda ən böyük payı ipoteka kreditləri  təşkil edir. Belə ki, hesabat dövründə ipoteka kreditləri 683 mln. 691,072 min manat olub.

 

Fond ötən öhdəliklərini artırıb. Belə ki, 2018-ci ilin əvvəlinə Fondun öhdəlikləri 545 mln. 194,498 min manat olub ki, bu da ötən il ərzində 58,51% və ya 201 mln. 244,745 min manat artımdan xəbər verir. Buraxılmış qiymətli kağızlara görə öhdəliklər 538,590mln.manat,digər öhdəliklər  6,605 mln. manat təşkil edir.

 

Fond ötən il ərzində nizamnamə kapitalını 19,13% və ya 58,761 mln. manat artıraraq 366 mln. manata çatdırıb. Bununla yanaşı, cəmi kapital 18,69% və ya 65 mln. 56,310 min manat artaraq 413 mln. 189,896 min manat təşkil edib.

 

Hesabat döründə Fondun faiz gəlirləri 36,244 mln. manat, faiz xərcləri isə 12,771 mln. manat olub. Fond ötən ili 15 mln. 56,310 min manat mənfəətlə başa vurub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277