Mərkəzi Bankın mənfəətindən daha səmərəli istifadəni nəzərdə tutan qanun təsdiqlənib

merkezi bankin menfeetinden daha semereli istifadeni nezerde tutan qanun tesdiqlenib

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunu təsdiqləyib.

 

"APA-Economics" xəbər verir ki, qanun Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etməyi özündə ehtiva edir.


Qanunda AMB-nin mənfəətindən daha məqsədli istifadəni təmin etmək üçün bu vəsaitin (mənfəətin sərbəst qalığı) qanunla müəyyən edilmiş qaydada dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna köçürüləcək.
 

Qeyd edək ki, qanunun hazırda qüvvədə olan 12.2-ci maddəsinə əsasən kapital ehtiyatları formalaşdırıldıqdan (Qanunun 10.3-cü maddəsinə görə Mərkəzi Bankın kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır) sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
  • turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur
    Türkiyə prezidenti: “Körfəzdə böhranın davam etməsinin heç b...
turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ