Novruz bayramı günlərində banklar gücləndirilmiş iş rejimində çalışacaq

novruz bayrami gunlerinde banklar guclendirilmis is rejiminde calisacaq

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir. Palatadan “APA-Economics”ə verilən xəbərə görə, Palatanın tövsiyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

 

Novruz bayramı ilə əlaqədar olaraq, ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

 

Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək. Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

 

Həmçinin, xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxanalara paylanılacaq. O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinatorlar:

Azər Quluyev: Azar.Guluyev@fmsa.az

Rövşən Məmmədli; Rovshan.Mammadli@fmsa.az

Tel: 493-50- 58 (dax:300);

18-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış  olmaq olar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ