İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycana gəlir

İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin Azərbaycana gəlir
# 05 aprel 2013 07:21 (UTC +04:00)

Bakı – APA. Qədim və əfsanəvi İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin ərəb dünyasının tanınmış simalarının təmsil olunduğu böyük nümayəndə heyəti ilə həmsədri olduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünya elm və mədəniyyətinin əfsanəsi, Dünya Bankında yoxsul ölkələrə yardım proqramlarının müəllifi, Ümumdünya Kənd Təsərrüfatı Qrupunun, Ümumdünya Su Mühafizəsi Qrupunun, Yoxsul ölkələrə yardım qrupunun, mikromaliyyələşdirmə birliyinin təsisçi rəhbəri olan İsmayıl Seragəldin 1992-2000-ci illərdə Dünya Bankının 1-ci vitse-prezidenti vəzifəsində çalışıb.

Nizami Gəncəvi - Azərbaycan təşəbbüsünün müəllifi və hamisi olan İ. Seragəldinin rəhbərliyi ilə Nizami Gəncəvinin bütün dünyaya yayılmış irsi öz doğma vətəninə qaytarılıb.

Fransada ilin elm adamı, Ümumdünya Elektron Kitabxanasının təsisçi direktoru, 60-dan çox nüfuzlu universitetin fəxri doktoru, Sivilizasiyalar Alyansının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olan İsmayıl Seragəldin Cənubi Qafqaz Forumuna hazırlıq üzrə təşkilat Komitəsinin həmsədridir.

2013-cü il UNESCO Baş Assambleyasının elm və təhsilin durumu üzrə ali məruzəçisi olan İ. Seragəldin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Cənubi Qafqaz Forumuna moderatorluq etməklə yanaşı, Gəncə şəhərinin 4000 illik keçmişi layihəsinin də rəhbəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR