Rio-2016: Azərbaycan cüdoçusu qızıl medal qazanıb- YENİLƏNİB

Rio-2016: Azərbaycan cüdoçusu qızıl medal qazanıb- <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2016 21:35 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.

***

22:51

Bakı-APA. Azərbaycan cüdoçusu Ramil Qasımov (73 kq) Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarının finalına yüksəlib.

APA-nın məlumatına görə, Ramil Qasımov Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda görüşdə cüdoçumuz ukraynalı Dmitri Soloveylə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR