Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb
# 16 may 2018 11:08 (UTC +04:00)

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadına səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb.

Yüksək nəfisdə və tərtibatda hazırlanan poçt markalarının sayı 2000 ədəddir. Poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR