İrəvanda Serj Sarkisyanın sabiq cangüdəni həbs olunub

İrəvanda Serj Sarkisyanın sabiq cangüdəni həbs olunub
# 25 iyun 2018 23:41 (UTC +04:00)

İrəvanda dövlət mühafizə xidməti rəisinin sabiq birinci müavini, general-mayor Vaçaqan Kazaryan həbs edilib.

APA-nın məlumatına görə, bu barədə “news.am” xəbər verib.

Keçmiş prezident Serj Sarkisyanın sürücüsü və şəxsi cangüdəni kimi tanınan V. Kazaryan qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə şübhəli bilinir.

Qeyd edək ki, ötən gün İrəvanda Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb, bir müddət sonra isə sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR