DÇ-2018: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq

DÇ-2018: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq
# 03 iyul 2018 05:28 (UTC +04:00)

Bu gün Rusiyada keçirilən DÇ-2018-də növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq iki qarşılaşma ilə 1/8 final mərhələsinə yekun vurulacaq.

Meydana G və H qruplarından 1/8 finala yüksələn komandalar çıxacaq. Öncə İsveç və İsveçrə Sankt-Peterburqda mübarizə aparacaq.

Bu cütün qalibinin 1/4 finaldakı rəqibi Moskvada müəyyənləşəcək. “Səkkizliy”in sonuncu komandası Kolumbiya və İngiltərə arasında oyunda bəlli olacaq.

DÇ-2018

1/8 final

3 iyul

18:00. İsveç – İsveçrə

Baş hakim: Damir Skomina (Sloveniya)

Sankt-Peterburq. Sankt-Peterburq stadionu

22:00. Kolumbiya – İngiltərə

Baş hakim: Mark Qeyqer (ABŞ)

Moskva. “Spartak” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR