Sabah Bakının 4 rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

sabah bakinin 4 rayonunda qaz techizati mehdudlasdirilacaq

Bakının Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən xəbərə görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə diametri 530 mm-lik  qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, daşıyıcı qaz xəttinin kipliyə sınaq olunması və daşıyıcı xətt üzərində quraşdırılmış diametri 200 mm-lik siyirtmənin təmiri ilə əlaqədar, 13 iyun 2018-ci il tarixdə  saat  09.00-dan  təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və  “Motodrom” adlanan ərazinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

 

Görülən zəruri təmir işlərinin Xətai və Yasamal rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür.

 

 Aparılan  təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267