Avtobus və yük maşınlarının sürücülərinə dair yeni tələblər müəyyən edilib

avtobus ve yuk masinlarinin suruculerine dair yeni telebler mueyyen edilib

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə dair tələblər artırılıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı  “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”,  “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və  “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edib.

 

Beləliklə, bundan sonra ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərdən Nazirlər Kabineti tərəfindən iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçmək tələb olunacaq.

 

İndiyə qədər əvvəl ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vasitələrinin sürücülərindən Nəqliyyat Nazirliyi tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçmək, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmaq tələb edilib. Bundan sonra bu tələb həm də beynəlxalq və yük daşımalarını yerinə yetirən sürücülərə də şamil ediləcək. Eyni zamanda peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram ləğv edilmiş Nəqliyyat Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən hazırlanacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:20 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pirallahi gunes elektrik stansiyasinin acilisi olub
    “Pirallahı” günəş elektrik stansiyasının açılışı olub...
  • azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib
    "Azneft" bu il 3,4 mln. ton neft və 2,6 mlrd. kubmetr qaz ha...
azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ