Azərbaycanda altı yaşı tamam olmamış uşaqların məktəbə götürülməsinə dair sənəd qəbulunun müddəti uzadılıb

Sənədlər sentyabrın 5-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində qəbul olunacaq

Bakı. Gülnar Bəşirova-APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 6 yaşı cari ilin 31 oktyabr tarixinə qədər tamam olan uşaqların məktəbə qəbulu ilə bağlı sənədlərinin qəbul müddəti sentyabrın 5-dək uzadılıb. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.

 

O bildirib ki, sənədlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində avqustun 28-dən (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri tərəfindən avqustun 17-dək sənədlər qəbul edilib. Lakin valideynlərin və digər qanuni nümayəndələrin Bakı şəhərində olmaması səbəbindən bəzi uşaqlar qeydiyyatdan keçə bilməyib. Bakı Şəhər Təhsil İdarəsində qeydiyyatdan keçməsi mümkün olmayan uşaqların qeydiyyat müddətinin uzadılmasına Təhsil Nazirliyi tərəfindən baxılıb. Təhsil Nazirliyinin 27 avqust tarixli məktubu ilə sənədlərinin qəbulu müddətinin sentyabr ayının 5-dək uzadılmasına icazə verilib”.


Sənədlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində avqustun 28-dən (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00 – dan 17:00 – dək qəbul ediləcək.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:20 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • pirallahi gunes elektrik stansiyasinin acilisi olub
    “Pirallahı” günəş elektrik stansiyasının açılışı olub...
  • azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib
    "Azneft" bu il 3,4 mln. ton neft və 2,6 mlrd. kubmetr qaz ha...
azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib azneft bu il 3 4 mln ton neft ve 2 6 mlrd kubmetr qaz hasil edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ