Məişət zorakılığından əziyyət çəkənlər üçün daha üç sığınacaq yaradılacaq

meiset zorakiligindan eziyyet cekenler ucun daha uc siginacaq yaradilacaq

Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlər üçün sığınacaqların sayı artırılacaq.
 
"APA-Economics" xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, məişət zorakılığının qurbanları olan insanlar üçün Bakıda iki sığınacaq fəaliyyətə başlayıb: “Bu sığınacaqlar çox böyükdür və Avropa standartları səviyyəsində qurulub. Bu yaxınlarda Bakının mərkəzində, Səbail rayonu ərazisində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi açılıb. Hazırda Göyçay şəhərində birinci mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, ikinci mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacağın yerləşəcəyi ikimərtəbəli binanın açılması nəzərdə tutulub. Artıq işlər yekunlaşıb və yaxın vaxtlarda bu mərkəz və sığınacaq fəaliyyətə başlayacaq”.
 
Nazir qeyd edib ki, gələn il Bakı, Lənkəran və Xaçmazda məişət zorakılığından əziyyət çəkmiş şəxslər üçün üç sığınacağın yaradılması nəzərdə tutulub. “Bu günə qədər nazirlik tərəfindən qanunvericiliyə uyğun olaraq, 10 QHT-yə məişət zorakılığına qarşı mübarizə üçün akkreditasiya vərəqəsi verilib. Onlardan 4-ün sığıncağı var. Bu sığınacaqların ikisi Bakıda, ikisi Gəncədədir. Növbəti ildə biz onlara 3 sığınacaq təqdim etsək, bu problemin sosial müdafiə hissəsi həlini tapacaq”, - deyə S. Müslümov vurğulayıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • banm ve bmt nin unitar teskilati arasinda memorandum imzalanib
    BANM və BMT-nin UNITAR təşkilatı arasında memorandum imzalan...
  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
muhendis qosunlarinin telimi kecirilir muhendis qosunlarinin telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267