Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib

Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib. 

 

APA-nın məlumatına görə, açılış mərasimində baş nazirin müavini Əli ƏhmədovBMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai iştirak ediblər.

 

Stendlər 4 ay ərzində Bakı bulvarının mərkəzi hissəsində nümayiş olunacaq.

 

Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışıb. Baş nazirin müavini əsas məqsədin 2030-cu ilə qədər dünyanın simasının dəyişdirilməsi, yoxsulluqdan, kasıblıqdan əziyyət çəkən insanların problemlərinin aradan qaldırılması olduğunu söyləyib: "Biz istəyirik ki, Azərbaycanda hər bir kəs Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini bilsin, dövlətin və hökumətin bu istiqamətdə həyata keçirdiyi işləri dəstəkləməyə hazır olusnular. Belə təşviqat tədbirləri bizim qarşıya qoyduğumuz məqsədlərə çatmağa kömək edəcəek".

 

BMT-nin rezident əlaqələndiricisi Q. İshaqzai deyib ki, stendlərin nümayiş etdirilməsində məqsəd insanların Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlılığının artırılmasıdır.

 

 

Daha sonra Ə. Əhmədov və Q. İshaqzai stendlərin rəsmi açılışını bildirən lenti kəsiblər. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267