Bakıda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürülüb

bakida agaclarin kesilme tehlukesi olan erazi nezarete goturulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən sözügedən yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.

 

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı ünvanlarda yerləşən istismar müddəti başa çatmış beşmərtəbəli yaşayış binalarının sökülməsinə və sökülmüş binaların yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahələrinin müvafiq olaraq “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə ayrılmasına Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verildiyi müəyyən olunub. 
 

Əraziyə keçirilən baxış zamanı 162 saylı binanın ətrafındakı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 171 ağacın və 43 kol bitkisinin, 174 saylı binanın ətrafındakı yaşıllıq sahəsində isə yaş köküstə müxtəlif cinsli və diametrli 162 ağacın və 22 kol bitkisinin olduğu məlum olub, ərazidə ağac və kol bitkilərinin kəsilməsi faktına rast gəlinməyib: “Lakin söküntü və tikinti işləri aparılacağı təqdirdə ərazidə mövcud olan ağacların əksər hissəsinin məhv ediləcəyi istisna olunmur”.
 

Ərazidəki yaşıllıqların mühafizəsinin təmin edilməsi ilə bağlı ETSN tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH), “Sky Recidence” və “Qismət-M Construction” MMC-lərə məktub göndərilib.

 

Ərazi nəzarətə götürülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ