Bakıda Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə bağlı konfrans keçirilib

Bakıda Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr olunmuş konfrans keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, müəllif hüquqları və əqli mülkiyyət sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Agentliyin sədri, professor Kamran İmanov bildirib ki, bu gün 1997-ci ildən etibarın ölkəmizdə geniş şəkildə qeyd olunur, silsilə tədbirlər keçirilir: “Bugünkü tədbir elektron nəşrlərə, elektron kitabın və rəqəmli inqilabın çağırışları ilə bağlı müəllif–hüquq problemlərinə həsr olunub. Ölkəmiz beynəlxalq reytinq strukturunun  - Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı hesabatlarında, əqli mülkiyyətin qorunması hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında lider mövqedədir, Cənubi Qafqazda isə 1-ci yerdədir”.

 

K. İmanov qeyd edib ki, Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Agentlik sədrinin sözlərinə görə, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2017-ci ilin birinci rübünədək qurumda 10989 əsər və əlaqəli hüquqlar obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçib.

 

Konfransda ermənilərin Azərbaycan maddi-mənəvi sərvətlərinə qarşı həyata keçirdiyi təxribat xarakterli siyasəti mövzusuna xüsusi diqqət yetirilib. K. İmanov bildirib ki, ermənilər tərəfindən mütəmadi olaraq erməni nümunələri kimi qələmə verilən nümunələrimizin etimologiyası, yaranma tarixi ilə bağlı şərhlər, bəyanatlar və etirazlar bildirilib: “Beynəlxalq təşkilatların susması nəticəsində maddi və qeyri-maddi irsimizə təcavüz olunur. Erməni oğurluğu bu gün də davam edir. Bunun səbəbi odur ki, işğalçı dövlət ərazi iddialarını sübutlarla göstərmək istəyir”.

 

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri Fəttah Heydərov, Siyavuş Novruz və başqaları konfransın əhəmiyyətindən, bu sahədə həyata keçirilən işlərdən danışıblar.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan men kurd terrorcularina qarsi emeliyyat barede rusiya ve abs i xeberdar etdim
    Ərdoğan: “Mən kürd terrorçularına qarşı əməliyyat barədə Rus...
  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ