Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.

Rayon İH-dən APA-ya verilən xəbərə görə,  tədbirdə İH başçısının müavini Aygün Əliyeva, millət vəkili Hikmət Babaoğlu, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın əməkdaşları, rayonun qəsəbə və sahə inzibati ərazi dairələri üzrə  nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb, müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.


Sonra “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” mövzusunda məruzə ilə çıxış edən millət vəkili Hikmət Babaoğlu Heydər Əliyevin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğulayıb: “1969-cu il iyulun 14-də Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında Günəş doğdu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1969-cu ildə keçirilən məşhur avqust plenumu isə Azərbaycanın həyatında mühüm və şərəfli bir mərhələnin başlanğıcı oldu”.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini  Aygün Əliyeva bildirib ki, 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlanıb: "Elə bir dövr ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə, xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunur”.

 

Binəqədi RİH, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə axşam saatlarında  Heydər Əliyev adına istirahət parkında rayon sakinləri üçün konsert proqramı keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ