"Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Qəbələ rayonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirib.


APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr, şimal-qərb bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub.
 

Seminar-müşavirədə Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin, meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması tədbirlərindən ətraflı danışıb.


DYNX-nin təlimatçısı Nizami Fərəcov “Taxıl biçini zamanı yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda çıxış edərək deyib ki, bu sahədə həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, biçilmiş sahələrin yandırılması səbəbindən dənli və paxlalı bitki sahələrində, yığılmış yem məhsullarında, meşə və meşə zolaqlarında yanğın hadisələri qeydə alınır. O, yanğınların statistikası və təhlilinə istinad edərək bildirib ki, hadisələrin baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biridir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elmar memmedyarov bee nin xarici isler ve beynelxalq emekdasliq naziri ile gorusub
    Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaş...
  • islamiadanin baglanis merasiminin detallari melum olub
    İslamiadanın bağlanış mərasiminin detalları məlum olub...
islamiadanin baglanis merasiminin detallari melum olub islamiadanin baglanis merasiminin detallari melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ