DİM onlayn sınaq imtahanı keçirir

dim onlayn sinaq imtahani kecirir

Dövlət İmtahan Mərkəzi (DİM) bu il I-IV ixtisas qrupları üzrə sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

 

DİM-dən APA-ya verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

 

Hazırda 10 iyun keçirilmiş sonuncu sınaq imtahanında istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) http://otk.az portalına yerləşdirilib. İmtahanda iştirak haqqı 3 AZN-dir.

 

Abituriyentlər 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına yazıla bilərlər.

 

Bundan əlavə, portalda 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər də müvafiq sınaq imtahanlarında iştirak edə bilərlər. Bu imtahanlarda iştirak haqqı isə 1 manatdır.

 

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267