ARDDA-da Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Dəniz Administrasiyasında Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

 

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Qara dəniz və Xəzər dənizi regionunda dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi” layihəsi çərçivəsində müəyyən edilən sahələr üzrə Azərbaycanın dəniz üzgüçülüyünün inkişafının təmin edilməsi və mövcud boşluqların aradan qaldırılması ilə əlaqədar qarşılıqlı şəkildə razılaşdırılmış fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədi daşıyan görüş Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin “Qara dəniz və Xəzər dənizi regionunda dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi” layihəsi çərçivəsində baş tutub.

 

Görüşdə bildirilib ki, bu layihə Xəzər dənizi və Qara dəniz sahilyanı ölkələrinə layihə çərçivəsində texniki yardım və dəstək göstərərək milli, Avropa və beynəlxalq tərəfdaşların iştirakı ilə dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi standartlarını yüksəltmək məqsədi güdür.

 

Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin də inkişaf etdirilməsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayan Dövlət Dəniz Administrasiyasının nümayəndələri dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını qonaqların diqqətinə çatdırıblar. 

 

Görüş zamanı Dövlət Dəniz Administrasiyasının fəaliyyəti, vəzifə və səlahiyyətləri, eyni zamanda aidiyyəti dövlət orqanlar ilə qarşılıqlı fəaliyyəti barədə təqdimat  keçirilib. Təqdimat zamanı Agentlik nümayəndələrinin beynəlxalq konvensiyaların tətbiqi və beynəlxalq hüquqi normaların milli qanunvericilikdə mövqeyi barəsində verilən sualları ətraflı cavablandırılıb. Azərbaycanın dəniz üzgüçülüyünün təhlükəsizliyi və əraf mühitin mühafizəsi sahəsində formalaşdırılmış normativ hüquqi bazasının Beynəlxalq Dəniz Təşkilatının konversiyalarının tələblərinə və Avropa standartlarına uyğunluğu barədə qonaqlara məlumat verilib.

 

Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən 28 may – 06 iyun tarixlərində Dövlət Dəniz Administrasiyasında həyata keçirilən audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutması münasibəti ilə təbriklərini çatdıran Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri Dövlət Dəniz Administrasiyasının beynəlxalq standartlarına uyğun fəaliyyətini müsbət dəyərləndiriblər. Azərbaycanın dəniz nəqliyyatı sahəsində mövcud təcrübəsi və Dövlət Dəniz Administrasiyasının məlum uğurlarını xüsusi vurğulayan Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri bu fəaliyyətin Dəniz Administrasiyalarını formalaşdırmaqda olan ölkələr üçün örnək ola biləcəyini qeyd ediblər. Ölkəmizdə dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

 

Görüşdə Administrasiyanın fəaliyyətinin daha da effektiv formada həyata keçirilməsi üçün müvafiq sahələrdə Agentlik tərəfindən treninq və seminarların həyata keçirilməsi barədə razılıq əldə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ