Ədliyyə Nazirliyi: "Yol verdiyi nöqsanlara görə 21 notariusun fəaliyyətinə xitam verilib"

edliyye nazirliyi yol verdiyi noqsanlara gore 21 notariusun fealiyyetine xitam verilib

Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevin yeni təyin olunan notariuslarla görüşü olub.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə dövlət başçısının andiçmə mərasimində proqram xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb. Bildirilib ki, ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi,  fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunaraq yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub.

 

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib.

 

Notariuslar nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267